Türkiyənin əfsanəvi futbolçusu Tanju Çolak Naxçıvana səfər etdi - Foto

Türkiyənin əfsanəvi futbolçusu Tanju Çolak Naxçıvana səfər etdi - Foto

Türkiyənin əfsanəvi futbolçusu Tanju Çolak Naxçıvana səfər etdi - Foto

Türkiyə millisinin sabiq futbolçusu Tanju Çolak Naxçıvan Muxtar Respublikasında səfərdədir.

Polemika.az xəbər verir ki, veteran futbolçunun səfəri Naxçıvan Futbol Federasiyasının dəvəti ilə gerçəkləşib.

Qonaq səfər çərçivəsində, Naxçıvan Futbol Federasiyasının nümayəndə heyəti ilə ulu öndər Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsinin önünə gül dəstəsi qoyub, ehtiramını bildirib.

Daha sonra, Tanju Çolak Naxçıvan Muxtar Respublika Stadionu ilə tanış olub. Türkiyə millisinin sabiq futbolçusu səfərin ikinci günü Uzunoba gölünün ətrafındakı Təlim-Məşq İdman kompleksində olub. Qonaq, süni örtüklü futbol stadionu, üstüörtülü və hasara alınmış mini futbol meydançaları, hakim və həkim otaqları ilə tanış olub. Daha sonra, Azərbaycan Region Liqası Naxçıvan Zonası üzrə 9-cu turunda “Araz-Naxçıvan” və “Şahbuz” komandalarının oyununu izləyib.

Günün ikinci yarısında sabiq futbolçu ilə azarkeşlər arasında görüş təşkil olunub. Qonaq, əvvəlcə azarkeşləri maraqlandıran sualları cavablandırıb. Ardınca, azyaşlı uşaqlara imzalı toplar hədiyyə edib.

Naxçıvan futbolunun inkişafı üçün fikir mübadiləsi aparılıb.

Sonra Naxçıvan Futbol Federasiyasının sədri Vüqar Abbasov qonağa Naxçıvan məhsullarından ibarət xüsusi hədiyyə təqdim edib.

Tanju Çolak da öz növbəsində Türkiyənin məşhur futbolçusu Alpay Özalanın dünya çempionatında geyindiyi milli formanı xatirə hədiyyəsi olaraq Naxçıvan Futbol Federasiyasının sədri Vüqar Abbasova bağışlayıb.Türkiyənin əfsanəvi futbolçusu Tanju Çolak Naxçıvana səfər edib - FOTO

/APA

Türkiyənin əfsanəvi futbolçusu Tanju Çolak Naxçıvana səfər etdi - Foto