Ermənilər indi də bu əraziyə göz tikdi - İkinci Dağlıq Qarabağ ssenarisi...

Ermənilər indi də bu əraziyə göz tikdi

Ermənilər indi də bu əraziyə göz tikdi - İkinci Dağlıq Qarabağ ssenarisi...

Ermənistanın Avropa Partiyasının sədri, Ermənistan Milli Demokratik Qütb Şurasının üzvü Tiqran Xzmalyan erməni telekanallarından birində canlı efirdə qonaq olarkən sərsəm açıqlama ilə yadda qalıb.

O, "yüz il qabaq Tiflis erməni şəhəri olub” ifadələrini işlədib. "Bu ideyanı” "Teleqram" kanalının canlı efirində Gürcüstanda yaşayan Albert adlı bir erməni də dəstəkləyib. Onun sözlərinə görə, Gürcüstanda yerləşən Cavaxetiya bölgəsi də ermənilərə məxsusdur. Görünür, ermənilər Qarabağda istədiklərinə nail ola bilmədikləri üçün indi də gözlərini Gürcüstanın Cavaxetya bölgəsinnə dikib.

Maraqlıdır, Cavaxetyada gələcəkdə keçmiş "dağlıq qarabağ” ssenarisi yaşana bilər?

Mövzu ilə bağlı Sfera.az-a danışan Gürcüstanın Vahid Milli Hərəkat partiyasının üzvü Rəfi Orucov bildirib ki, Gürcüstanın ərazi bütövlüyü, suverenliyi toxunulmazdır və heç kəsin də ona qarşı ərazi iddiası ilə çıxış etməyə haqqı yoxdur.

"Cavaxetya Gürcüstanın əzəli, tarixi torpaqlarıdır. Bu tip fikirləri səsləndirən şəxslər separatçı düşüncəyə malik şəxslərdir. Səsləndirilən fikirlərə gəldikdə isə büsbütün absurd və həqiqətdən uzaqdır. Bu gün Gürcüstan işğaldan əziyyət çəkir. Torpaqlarımızın 20 faizi Rusiya tərəfindən işğal edilib. Necə ki, Azərbaycan öz ərazi bütövlüyünü təmin etdi vaxt gələcək Gürcüstan da buna nail olacaq.

Gürcüstanın nə bundan öncə, nə bu gün, nə də bundan sonra heç kəsə veriləcək bir qarış belə torpağı yoxdur. Bizim ərazi bütövlüyümüz sarsılmazdır. Gürcüstana qarşı əsassız ərazi iddialarına gəldikdə isə deyə bilərəm ki, rəsmi Tiflis nəzdində bu kimi iddiaların heç bir mahiyyəti yoxdur. Boş və sərsəm fikirlər hər zaman səslənib. Cavaxetya həmişə Gürcüstanın olub, olmaqda da davam edəcək. Lakin bu kimi fikirlər ilə Ermənistanın hələ nə qədər regionda qalacağı sual altındadır”.

Ermənilər indi də bu əraziyə göz tikdi - İkinci Dağlıq Qarabağ ssenarisi...