Erməni əsgəri özünü güllələdi

Erməni əsgəri özünü güllələdi

Erməni əsgəri özünü güllələdi

“Noyabrın 15-də Çəmbərək rayonunda yerləşən hərbi hissənin müqaviləli əsgəri çavuş Avetyan intihar edib. Onun qarın nahiyəsindən güllə yarası aldığı bildirilir. Həmin gün faktla bağlı rayon ərazisində cinayət işi başlanıb”.

Polemika.az “Aysor”a istinadla xəbər verir ki, bu barədə Ermənistan Baş prokurorunun müşaviri Qor Abramyan məlumat yayıb.

O bildirib ki, noyabrın 16-da qeyd olunan cinayətləri törətməkdə şübhəli bilinən iki nəfər tutulub.

“İlkin istintaq nəticəsində noyabrın 19-da onlardan biri, müqaviləli hərbçi, sıravi A.S. döyüş növbətçiliyini yerinə yetirərkən həmin batalyonun müqaviləli əsgəri olan Avetyanın şəxsi zəifliyindən sui-istifadə edərək, mütəmadi olaraq onun şərəf və ləyaqətini alçaltmaqda, zorakılıq yolu ilə intihara məcbur etmə və hərbi münasibətlər qaydalarını pozmaqda, o cümlədən həmin hərbi hissənin müqaviləli əsgərini döyməkdə ittiham olunur.

Saxlanılan şəxslərdən bir digəri isə müqaviləli əsgər, sıravi A. A.-dır

Abramyan bildirib ki, həmin gün hər iki təqsirləndirilən şəxs barəsində həbs-qətimkan tədbirinin tətbiqi ilə bağlı Ermənistan Respublikasının Geğarkunik mərzinin Birinci İnstansiya Məhkəməsinə vəsatət verilib, həmin vəsatət qüvvədə saxlanılıb, onlar həbs ediliblər. 

 

Erməni əsgəri özünü güllələdi