Ekspert: “Azərbaycan Ordusu yenidən irəliləməlidir”

Ekspert: “Azərbaycan Ordusu yenidən irəliləməlidir”

Ekspert: “Azərbaycan Ordusu yenidən irəliləməlidir”

“Ermənistan ordusu periodik olaraq Azərbaycanla sərhəddə sabitliyi pozmağa çalışır. Düşünürəm ki, bu, Ermənistan ordusunda Nikol Paşinyana müxalif olan general və zabitlərin əməlləridir. Onlar belə təxribatlar törədirlər ki, vəziyyət sabit olmasın, Nikol Paşinyan hansısa sənədlərə imza atmaqdan çəkinsin. Digər tərəfdən, vəziyyət gərgin olanda Ermənistan hökumətinin hərbçilərə daha çox ehtiyacı yaranır. Nisbətən sabitlik yarandıqda isə hərbçilər arxa plana keçir. Fikrimcə, sərhəddə atəşkəsin posulmasının səbəb və məqsədlərini burada axtarmaq lazımdır”. 

Polemika.az xəbər verir ki, bu fikirləri Reyting.az-a hərbi ekspert Azad İsazadə Ermənistan ordusunun son dövrlər həyata keçirdiyi növbəti təxribatlardan danışarkən deyib.

Hərbi ekspert erməni ordusunun belə davranışlarında xarici qüvvələrin, xüsusilə Rusiyanın əli ola biləcəyini istisna etmir. Onun sözlərinə görə, Ermənistan Baş naziri Nikol Paşinyana ölkəsində təhlükə yarada bilən qüvvə ordu və onun zabitləridir:

“Əlbəttə, mən demirəm ki, ordu Ermənistan Baş nazirini devirə bilər. Buna cəhdlər oldu, amma devirə bilmədilər. Amma belə təxribatlarla göstərirlər ki, biz də varıq və bizim də fikrimizi eşitmək lazımdır”.

A. İsazadənin fikrincə, erməni ordusunun özfəaliyyəti və əmr əsasında belə təxribatlara getməsindən asılı olmayaraq Azərbaycan tərəfi belə hərəkətlərə sərt reaksiya verməlidir.

Ekspert qeyd edib ki, Azərbaycan tərəfi güc nümayiş etdirməli, təxribatın kim tərəfindən törədilməsindən asılı olmayaraq qarşı tərəfə qəti cavab verməlidir: “Bizim qarşımızda olan ermənilərdir. Bir balaca yumşaqlıq göstərsək əks tərəf bunu düzgün başa düşməyəcək, daha doğrusu, zəiflik kimi qəbul edəcək. Bu baxımdan birmənalı şəkildə göstərməliyik ki, təxribat olsa, yenidən qabağa gedəcəyik. Bunu Ermənistan ordusuna və siyasi hakimiyyəti anlatmaq lazımdır”. 

Ekspert: “Azərbaycan Ordusu yenidən irəliləməlidir”