Edam qərarı son anada dəyişdirildi

Edam qərarı son anada dəyişdirildi

Edam qərarı son anada dəyişdirildi

ABŞ-da barəsində ölüm hökmü çıxarılan Culius Consun edamına saatlar qalmış hökm dəyişdirilib.

Polemika.az xəbər verir ki, bu barədə qərarı Oklahoma ştatının qubernatoru Kevin Stitt verib.

Qərara əsasən, edam hökmü ömürlük həbs cəzası ilə əvəzlənib.

Həyatının yarıdan çoxunu həbsdə keçirən Culiusun əfv edilməsi üçün ciddi kampaniyalar aparılıb. Onun əslində, irqçiliyin qurbanı olduğu düşünülüb. Bu kampaniyaya bir sıra məşhurlar da qoşulub və Culiusun əfv edilməsi üçün 6 milyon imza toplanaraq Kevin Stittə təqdim edilib.

Qeyd edək ki, cani 1999-cü ildə 45 yaşlı Pol Hovelin öldürülməsinə görə həbs edilib. 41 yaşlı məhkum isə indiyədək özünü təqsirli bilməyib. Culius Consun bu gün yerli vaxtla 16:30-da edam edilməli idi. Yeni qərar isə saat 13:20-də açıqlanıb.

Edam qərarı son anada dəyişdirildi