Dünən yarımçıq dayandırılan "Qəbələ" - "Zirə" matçı bu gün keçiriləcək

Dünən yarımçıq dayandırılan "Qəbələ" - "Zirə" matçı bu gün keçiriləcək

Bu gün Azərbaycan Premyer Liqasında 19-cu tura yekun vurulacaq.

Dünən qarlı hava şəraitinə görə 65-ci dəqiqədə yarımçıq dayandırılan "Qəbələ" - "Zirə" matçı bu gün keçiriləcək.

Polemika.az xəbər verir ki, oyun saat 12:30-da Qəbələ şəhər stadionunda dayandırıldığı dəqiqədən davam edəcək.

Xatırladaq ki, matç dayandırılarkən hesab 0:0 olub. 

Dünən yarımçıq dayandırılan "Qəbələ" - "Zirə" matçı bu gün keçiriləcək