Bəhram bakılı "qədeş"lərdən danışdı: "Maşına qadın minəndə..." - Video

Bəhram bakılı "qədeş"lərdən danışdı: "Maşına qadın minəndə..."

Bəhram bakılı "qədeş"lərdən danışdı: "Maşına qadın minəndə..." - Video

Əməkdar artist Bəhram Bağırzadə vaxtilə Bakıda məşhur olan “qədeş”lər barədə danışıb.

Polemika.az xəbər verir ki, İTV telekanalında yayımlanan “Fatehin divanı” proqramında qonaq olan aktyor onların əsl kişi olduğunu bildirib:

“O vaxt deyirdilər ki, “Gedək filan qədeşin yanlına məsələ həll edək”. İndi “qədeş” elə bil “çuşka” sözü ilə bir tutulur. Əvvəllər belə deyildi. Mənim yadımdadır ki, həmin o “qədeş”lər aerodrom papaq taxıb taksi sürücüsü işləyirdilər. Maşına bir xanım minəndə güzgünü qaldırırdılar yuxarı ki, güzgüdən qadını görməsinlər, çünki ayıb idi. İndi başa düşürəm ki, əsl kişi, namus, qeyrət budur”.

Həmin görüntüləri təqdim edirik:

Bəhram bakılı "qədeş"lərdən danışdı: "Maşına qadın minəndə..." - Video