"Dünyada qiymət artacaq, buğda bahalaşacaq" - Bədbin proqnoz

"Dünyada qiymət artacaq, buğda bahalaşacaq" - Bədbin proqnoz

"Dünyada qiymət artacaq, buğda bahalaşacaq" - Bədbin proqnoz

“Siyasi xəbərlər məzənnəyə yön verəcək”.

Polemika.az xəbər verir ki, bu sözləri iqtisadçı-ekspert Natiq Cəfərli şəxsi “Facebook” hesabında yazıb.

Onun sözlərinə görə, rublun düşməsi manata təsir etməyəcək:

“Rubl və Rusiyanın səhm bazarı “sərbəst enişdədir”, çox böyük dalğalar olacaq, siyasi xəbərlər məzənnəyə yön verəcək. Əgər atəşkəs imzalansa, müəyyən dərəcədə gərginlik azalsa, rubl və səhm bazarı da sabitləşəcək. Rublun manata heç bir təsiri yoxdur. Manat “kağız neftdir”, neftin qiyməti də bahadır, bu anlamda manatı dəstəkləyən vəziyyətdir”.

Ekspertin fikrincə, buğda bahalaşa bilər:

“Əsas problem pul köçürmələrlə bağlı ola bilər. Ticarət dövriyyəsi isə az deyil, 3,3 mlrd. dollar civarındadır. Lakin ən maraqlı məsələ buğda qiymətləri ilə bağlı ola bilər. Çox güman ki, buğda bahalaşacaq.

Ukraynada vəziyyətə görə bu il yaz əkini də azalacaq. Ukrayna buğda ixrac edə bilməyəcək, dünyada qiymət artacaq, o cümlədən Rusiya da qiyməti qaldıracaq”.

N.Cəfərli qeyd edib ki, Rusiyada yaşayan soydaşlarımızın qazancı azaldığına görə, vətənə köç prosesi başlaya bilər:

“Rusiyada yaşayan yüzminlərlə soydaşımızın qazancları azalacaq, deməli Azərbaycana, öz ailələrinə göndərdikləri pullar da kəskin azala bilər. Bu da ölkəmizdə onminlərlə ailənin sosial vəziyyətinin pisləşməsinə səbəb olacaq.

İtkilərlə yanaşı qazanclar da ola bilər, hər şey hökumətin davranışlarından asılı olacaq. Amma Rusiyada vəziyyət gərginləşsə, oradan soydaşlarımızın vətənə köçü ola bilər. Buna ölkə hazır deyil, çünki işsizlik, rəqabətsizlik var. Ölkə yeni iş yerləri və iqtisadi fürsətlər üçün sistem olaraq hazır deyil, hətta sistem buna yararsızdır”.

Nəzrin Vahid 

"Dünyada qiymət artacaq, buğda bahalaşacaq" - Bədbin proqnoz