Dünya çempionunun əşyalarının oğurlanması ilə bağlı DİN-dən açıqlama

Dünya çempionunun əşyalarının oğurlanması ilə bağlı DİN-dən açıqlama

Dünya çempionunun əşyalarının oğurlanması ilə bağlı DİN-dən açıqlama

Xəbər verdiyimiz kimi, qarışıq döyüş növləri (MMA) Azərbaycan idmançısı, dünya çempionu Gözəl Zutovanın çantası Baş Dövlət Yol Polisi İdarəsinin həyətində oğurlanıb. Çantanın içərisində bir miqdar pul, sənədlər və bir qızıl əşyası olub.

Məsələ ilə bağlı DİN Mətbuat Xidmətini ilə əlaqə saxladıq.

Polemika.az xəbər verir ki, Nazirliyin şöbə rəisi, polis mayoru Elşad Hacıyev Bakupost.az-a bildirdi ki, baş verənlərlə bağlı araşdırma aparılır:

“Gözəl Zutovaya məxsus əşyaların oğurlaması ilə bağlı iddiaların bütün təfərrüatları Bakı şəhər BPİ-nin cinayət-axtarış idarəsi tərəfindən araşdırılır. Həmin ünvan üzrə kamera görüntüləri yoxlanılır, əşyaların hansı şəraitdə itməsi, yaxud oğurlanması ilə bağlı araşdırmalar gedişində məlum olacaq. Bu barədə G.Zutova ilə əlaqə saxlanılaraq məlumatlandırılıb”.

Dünya çempionunun əşyalarının oğurlanması ilə bağlı DİN-dən açıqlama