Dövlət katibi: "Müharibəyə hazırıq"

Dövlət katibi: "Müharibəyə hazırıq"

Dövlət katibi: "Müharibəyə hazırıq"

"NATO bütün müttəfiqlərini və ərazilərini Rusiya hücumundan qoruyacaq".

Polemika.az CNBC-yə istinadla xəbər verir ki, bunu Brüsseldə Alyansın xarici işlər nazirlərinin görüşündə ABŞ dövlət katibi Entoni Blinken bildirib.

“İttifaqımız müdafiə xarakteri daşıyır. Biz münaqişə axtarmırıq. Lakin münaqişə baş verərsə, buna hazırıq və NATO ərazisinin hər qarışını müdafiə edəcəyik”, - deyə o, jurnalistlərə açıqlamasında Rusiyanın Ukraynadakı mülki şəxslərə hücumlarını pisləyib.

Dövlət katibi əlavə edib:

“Gecə atom elektrik stansiyasına hücum barədə xəbərlər gördük. Bu, sadəcə olaraq, müharibənin ağılsızlığını və ona son qoymağın vacibliyini, həmçinin Rusiyanın bütün qoşunlarını çıxarmasının və diplomatik səylərdə xoş niyyətlə iştirakının vacibliyini nümayiş etdirir”.

 

Dövlət katibi: "Müharibəyə hazırıq"