DİN və ADRA antinarkotik təbliğatı ilə bağlı birgə fəaliyyətə başladı
DİN və ADRA antinarkotik təbliğatı ilə bağlı birgə fəaliyyətə başladı
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi (DİN) və Azərbaycan Dövlət Reklam Agentliyi (ADRA) əhalinin müxtəlif təbəqələri arasında antinarkotik təbliğatı işinin səmərəsinin artırılması məqsədilə birgə fəaliyyətə başlayıb.
Polemika.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
Birgə fəaliyyətin əsas istiqaməti antinarkotik təbliğatın və ictimai maarifləndirmənin daha da gücləndirilməsi ilə yanaşı narkotiklərin zərərlərini özündə əks etdirən sosial reklamların geniş kütləyə çatdırılmasını təmin etməkdir.