“Devalvasiyaya ehtiyac yoxdur” – Millət vəkili

“Devalvasiyaya ehtiyac yoxdur” – Millət vəkili

“Devalvasiyaya ehtiyac yoxdur” – Millət vəkili

Prezident İlham Əliyev telekanallara müsahibəsində manatın məzənnəsi ilə bağlı suala cavab verərkən bir neçə il əvvəl baş verən devalvasiyanı xatırlatdı. Bildirdi ki, həmin vaxt manatın dəyər itirməməsi üçün mümkün addımlar atıldı və bu, 10 milyard manata başa gəldi. 

Bəs indiki halda vəziyyət necədir? Bir neçə vaxtdır dolların qiymətinin artacağı haqda xəbərlər yayılır. Xüsusilə Türkiyə lirəsi dəyər itirdikdən sonra bu mövzu xüsusilə aktuallaşıb. Yenə də manatın dəyəri süni yolla stabil saxlanılırmı?

Millət vəkili, iqtisadçı Rüfət Quliyev “Polemika.az”a açıqlamasında bildirib ki, Azərbaycan dövlətinin dolların kursunu stabil saxlamasını müsbət qiymətləndirir:

“Mən həmişə bunun tərəfdarı olmuşam. Əgər biz dünya və Azərbaycanda fəaliyyət göstərən bəzi ekspertlərin məsləhətinə qulaq asaq, uduzarıq. Dollar-manat nisbəti birmənalı olaraq bu formada da qalmalıdır. 

Çünki Azərbaycanda kifayət qədər imkanlar var. Bizim makroiqtisadi göstəricilərimiz, o cümlədən valyuta-qızıl ehtiyatlarımız 53 milyardı keçir, son ildə 2.5 milyard da artıb. 

İkincisi, Mərkəzi Bankın valyuta ehtiyatları 7 milyardı keçir. Digər tərəfdən Azərbaycanın beynəlxalq ticarət saldosu müsbətdir. Və Azərbaycanda bu gün istənilən makroiqtisadi göstərici onu göstərir ki, devalvasiyaya ehtiyac yoxdur”.

R. Quliyev deyir ki, süni devalvasiya olan ölkələrdə bu riskli nəticələrə səbəb olur. “Məsələn vaxtilə Yaponiya süni devalvasiya keçirdi. İxraca görə son on ildə Çin keçirib. Öz valyutasını avro və dollara qarşı süni şəkildə saxlayıb. Bu da onun yalnız ixrac tərəfinə müsbət təsir edib.

Amma başqa ölkələrdə gedən proseslər nəticəsində milli valyutalar devalvasiya olunub. Bunların hamısının mənfi əks sədası olub. Bundan sonra da infliyasıyanı yığıb yığışdırmaq mümkün olmayıb. Bu, hiperinfliyasiya olur. 

Ona görə də birmənalı olaraq mənim fikrim budur ki, bu gün manata münasibətdə istər daxildə, istər xaricdə çox böyük inam var. Bu inamdan, bugünkü stabillikdən istifadə edib Azərbaycanın ümumdaxili məhsulunu artırıb qeyri-neft sektorunu inkişaf etdirmək və gələcəyə ümidlə, arxayınçılıqla baxmaq lazımdır”. 

“Devalvasiyaya ehtiyac yoxdur” – Millət vəkili