“Nə qədər gec deyil Putinə qarşı...” – Senatordan layihə 

“Nə qədər gec deyil Putinə qarşı...” – Senatordan layihə 

“Nə qədər gec deyil Putinə qarşı...” – Senatordan layihə 

ABŞ-ın respublikaçı senatoru Marko Rubio “Avtoritar hərbi hərəkətlərin qarşısının alınması haqqında” qanun layihəsinin mətnini Senata təqdim edib.

Qanun layihəsi Rusiyanın Ukraynaya hərbi müdaxiləsi halında Rusiya prezidenti Vladimir Putinə və Rusiya hökumətinin digər rəsmilərinə qarşı dərhal sərt şəxsi sanksiyaların tətbiqini nəzərdə tutur. “Amerikanın Səsi” senatorun internet səhifəsində yer alan yazıya istinad edərək yazır ki, Rubio qanun layihəsini “Şəxsən Putinə qarşı sanksiyaların tətbiqini nəzərdə tutan bu tipli ilk sənəd” adlandırıb.

Senator təklif edir ki, sanksiyalar “Putin rejiminin şəxsi varlanmasının asılı olduğu” iqtisadi sektorlara yönəldilməlidir. "Vladimir Putini geri çəkilməyə məcbur etmək üçün istənilən strategiyanın əsas hissəsi işğalın nəticələrini (Putinin) Rusiya üzərində nəzarətini saxlayan oliqarxlar üçün son dərəcə ağrılı etməkdir.

Prezident Bayden deyəsən başa düşmür ki, Amerika zəiflik yox, güc və qətiyyət nümayiş etdirməlidir. Mən Senatdakı həmkarlarımı bu qanun layihəsinin çox gec olmadan qəbul edilməsi üçün mənimlə işləməyə təşviq edirəm” senator bildirib.

Marko Rubio Kəşfiyyat Komitəsinin sədridir. O, həm də yuxarı palatanın Xarici Əlaqələr Komitəsinin üzvüdür. Qanun layihəsinin müəllifi Putinə və onun rejiminin digər nümayəndələrinə qarşı sanksiyalar tətbiq etməklə yanaşı, Rusiyanın Ukraynaya müdaxiləsi halında “Şimal axını 2” qaz kəmərinə də dərhal sanksiyaların tətbiqini tələb edir.

Ötən cümə axşamı senatorlar respublikaçı Ted Kruz tərəfindən Moskvaya və “Şimal axını 2” layihəsinə qarşı bir qanun layihəsini qəbul etməkdən imtina ediblər.

 

“Nə qədər gec deyil Putinə qarşı...” – Senatordan layihə