Deputatın könüllü axtarışı tənqid olundu

Deputatın könüllü axtarışı tənqid olundu

Deputatın könüllü axtarışı tənqid olundu

Milli Məclisin deputatı Jalə Əhmədova “Millət vəkilinin könüllüləri” layihəsini elan edib.

J.Əhmədovanın gənclərə çağırışı sosial şəbəkələrdə tənqid olunub.

Bildirilib ki, deputat maaş alır, amma görəcəyi işləri könüllülərin həyata keçirməsini istəyir.

Qeyd olunub ki, burada şəxsi maraqlar qabardılıb və gənclər üçün heç bir perspektivi yoxdur.

Müzakirələr zamanı o da vurğulanıb ki, J.Əhmədovanın bu təşəbbüslə çıxış etməsi dövlət qurumlarının könüllü layihəsinə kölgə salır.

Məsələ ilə bağlı gün ərzində deputatla əlaqə saxlasaq da, zənglərə cavab verməyib.

Mövqeyini dərc etməyə hazırıq.

Deputatın könüllü axtarışı tənqid olundu