Deputatdan jurnalistə ağır sözlər: “Tövlədə dana kimi böyürən Əvəz Zeynallıya...”

Deputatdan jurnalistə ağır sözlər: “Tövlədə dana kimi böyürən Əvəz Zeynallıya...”

Deputatdan jurnalistə ağır sözlər: “Tövlədə dana kimi böyürən Əvəz Zeynallıya...”

Milli Məclisin deputatı Etibar Əliyev jurnalist Əvəz Zeynallı ilə bağlı ağır ifadələr işlədib.

Polemika.az xəbər verir ki, millət vəkili bu barədə paylaşım edib.

“Psixoterapevtlərə müraciət Hörmətli psixoterspevtlər!

Sizdən xahiş edirəm ki, xural. tv -nin rəhbəri Əvəz Zeynallının psixoloji durumunu dəyərləndirəsiniz. Bu adam efirdən bağırır, özünün mənəviyyatsızlığını dəyərləndirmədən insanlara əxlaq dərsi keçməyə çalışır, qeyri- adi jestər edir. Deputatları və dövlət adamlarını halüsinasiya vəziyyətində aşığılayır. Psixologiyanın Bihoverizm sahəsi bunun psixi xəstə olduğunu təsdiqləyə bilər. Bu cür adamın efirə özünü dürtməsi yolverilməzdir”, - deyə Etibar Əliyev qeyd edib.

Digər statusunda isə deputat “Xural”ı tövlə adlandırıb: “Boyuna xam ip tutum ay Ramiz Mehdiyev! Xural. tv deyilən bir tövlədə dana kimi böyürən Əvəz Zeynallıya istinad edirsən...Get intihar elə...”.

Deputatdan jurnalistə ağır sözlər: “Tövlədə dana kimi böyürən Əvəz Zeynallıya...”