Deputat süni mayalanmadan danışdı: "Bunu gizlətmək lazım deyil"

Deputat süni mayalanmadan danışdı: "Bunu gizlətmək lazım deyil"

Deputat süni mayalanmadan danışdı: "Bunu gizlətmək lazım deyil"

Milli Məclisdə süni mayalanma xərclərinin dövlət hesabına ödənməsi ilə bağlı məsələ müzakirə olunub. Səhiyyə komitəsinin sədri mayalanma prosesinin bir dəfə dövlət hesabına olunduğunu bildirib. Bu məsələ sosial şəbəkələrdə müzakirələr doğurub.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı Polemika.az-a açıqlamasında deyib ki, qanun artıq qüvvəyə minib:

“Ailələr müraciət etsələr, yaxşı olar, lakin etmirlər. Etmədən hər kəs danışır. Axı bu qanunda var. Əgər bir ailə, qadın və ya ana müraciət edib, onu rədd ediblərsə, bunu demək lazımdır, gizlətmək yox. Aşkarlandıqdan sonra bu proseslə ciddi məşğul olunmalıdır. Belə amma ümumi şəkildə müraciət etməmiş danışmaq düzgün deyil.

Komitə sədri də açıqladı ki, bir ailəyə yalnız bir dəfə pulsuz müalicə, müayinə və mayalanma etməyə dövlət təminat verir”.

Nəzrin Vahid

 

 

Deputat süni mayalanmadan danışdı: "Bunu gizlətmək lazım deyil"