Deputat dərmanların bahalığından danışdı: "Qiymətlərə yenidən baxılsın"

Deputat dərmanların bahalığından danışdı: "Qiymətlərə yenidən baxılsın"

Deputat dərmanların bahalığından danışdı: "Qiymətlərə yenidən baxılsın"

Milli Məclisin bu gün keçirilən plenar iclasında dərmanların qiymətinin bahalaşması məsələsi gündəmə gətirilib.

Polemika.az xəbər verir ki, Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva ölkəmizdə dərmanların qiymətlərinin yüksək olduğunu deyib.

“Dərmanların əlçatan olması diqqətdə olmalıdır. Səhiyyə Nazirliyi, TƏBİB bu məsələni diqqətdə saxlasın. "Omicron" sürətlə yayılıb. Ən azından çox istifadə olunan vitaminlərin qiymətlərinə yenidən baxılsın”, - deyə komitə sədri vurğulayıb.

 

 

Deputat dərmanların bahalığından danışdı: "Qiymətlərə yenidən baxılsın"