DÇ-2022-nin seçmə mərhələsinə yekun vurulacaq
DÇ-2022-nin seçmə mərhələsinə yekun vurulacaq
Bu gün DÇ-2022-nin seçmə mərhələsinə yekun vurulacaq.
Polemika.az xəbər verir ki, 10-cu turda son oyun günündə D, E və G qruplarında ümumən 7 görüş keçiriləcək. Bununla da Avropadan final mərhələsinə və pley-offa vəsiqə qazanan son komandalar bəlli olacaq.
D qrupunda 2-ci yer uğrunda mübarizə aparan Finlandiya millisi Fransanı qəbul edəcək. Qrupun digər oyununda Ukrayna seçməsi Bosniya və Herseqovinanın qonağı olacaq. Aleksandr Petrakovun rəhbərlik etdiyi kollektiv pley-offa adlamaq üçün səfərdə qələbə qazanmaqla yanaşı, finlandiyalıların xal itirməsini gözləməlidir.
E qrupunda final mərhələsinə birbaşa yollanacağı dəqiqləşən Belçika səfərdə Uelslə qarşılaşacaq. Çexiya yığması isə evdə Estoniya ilə üz-üzə gələcək. Uels və Çexiya kollektivləri qrupda 2-ci yer uğrunda mübarizə aparsalar da, UEFA Millətlər Liqasından pley-offa vəsiqəni təmin ediblər.
G qrupunda olacaq 20 xalla qrupa başçılıq edən Niderland millisi evdə Norveçi sınağa çəkəcək. Digər matçda isə Türkiyə seçməsi səfərdə Monteneqro ilə qarşılaşacaq.
DÇ-2022, seçmə mərhələ
10-cu tur
16 noyabr
D qrupu
23:45. Finlandiya - Fransa
23:45. Bosniya və Herseqovina - Ukrayna
1 | 7 | 4 | 3 | 0 | 16 | 3 | 15 | |
2 | 7 | 3 | 2 | 2 | 10 | 8 | 11 | |
3 | 7 | 1 | 6 | 0 | 9 | 8 | 9 | |
4 | 7 | 1 | 4 | 2 | 9 | 10 | 7 | |
5 | 8 | 0 | 3 | 5 | 5 | 20 | 3 |
E qrupu
23:45. Uels - Belçika
23:45. Çexiya - Estoniya
1 | 7 | 6 | 1 | 0 | 24 | 5 | 19 | |
2 | 7 | 4 | 2 | 1 | 13 | 8 | 14 | |
3 | 7 | 3 | 2 | 2 | 12 | 9 | 11 | |
4 | 7 | 1 | 1 | 5 | 9 | 19 | 4 | |
5 | 8 | 1 | 0 | 7 | 7 | 24 | 3 |
G qrupu
23:45. Cəbəllütariq - Latviya
23:45. Monteneqro - Türkiyə
23:45. Niderland - Norveç
1 | 9 | 6 | 2 | 1 | 31 | 8 | 20 | |
2 | 9 | 5 | 3 | 1 | 25 | 15 | 18 | |
3 | 9 | 5 | 3 | 1 | 15 | 6 | 18 | |
4 | 9 | 3 | 3 | 3 | 13 | 13 | 12 | |
5 | 9 | 1 | 3 | 5 | 8 | 13 | 6 | |
6 | 9 | 0 | 0 | 9 | 3 | 40 | 0 |
Qeyd edək ki, daha əvvəl Avropa zonasından Almaniya, Danimarka, Belçika, Fransa, Xorvatiya, Serbiya, İspaniya, İngiltərə və İsveçrə yığmaları DÇ-2022-yə vəsiqə qazanıb. Pley-off mərhələsində isə hələlik Portuqaliya, İsveç, Şotlandiya, Rusiya, Şimali Makedoniya, İtaliya və Polşa millilərinin çıxış edəcəkləri dəqiqləşib.