COVID-19-a görə bağlanan daha 2 məktəb açıldı

COVID-19-a görə bağlanan daha 2 məktəb açıldı

COVID-19-a görə bağlanan daha 2 məktəb açıldı

Bakıda 47 və 155 nömrəli tam orta məktəblərdə əyani dərslər bərpa edilib. 

Bu barədə Polemika.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, hər 2 məktəbin kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş karantin müddəti başa çatıb:

"Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur".

COVID-19-a görə bağlanan daha 2 məktəb açıldı