Ceyhun Bayramovla Mirzoyanın görüşü baş tutmadı

Ceyhun Bayramovla Mirzoyanın görüşü baş tutmadı

Ceyhun Bayramovla Mirzoyanın görüşü baş tutmadı

“İsveçin paytaxtı Stokholmda ATƏT Nazirlər Konfransı çərçivəsində Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşü baş tutmayıb”

Polemika.az “Armenpress”ə istinadla xəbər verir ki, bu sözləri Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Vahan Hunanyan bildirib.

“ATƏT-in 28-ci Nazirlər Konfransı çərçivəsində Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşü baş tutmayıb. Vurğulamaq istərdim ki, Ermənistan tərəfi heç vaxt Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi çərçivəsində ATƏT-in Minsk Qrupu həmsədrlərinin mandatı altında görüşlərdən yayınmayıb”, - deyə Hunanyan bildirib.

Xatırladaq ki, bundan əvvəl Şərq Tərəfdaşlığı üzrə Avropa Xarici Fəaliyyət Xidmətinin baş direktoru Lyuk Devinier Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramovun Stokholmda görüşəcəyini bəyan etmişdi.

Rafi MÜSLÜMOV

 

Ceyhun Bayramovla Mirzoyanın görüşü baş tutmadı