Çempionlar Liqası: “Mançester Siti” və “Real” 1/4 finalda

Çempionlar Liqası: “Mançester Siti” və “Real” 1/4 finalda

Çempionlar Liqası: “Mançester Siti” və “Real” 1/4 finalda

Bu gün Çempionlar Liqasında 1/8 finalın daha iki cavab oyunu keçirilib.

Polemika.az xəbər verir ki, "Mançester Siti" doğma meydanda "Sportinq"lə qarşılaşıb. İlk görüşdə 5:0 hesabı ilə qalib gələn İngiltərə təmsilçisi böyük üstünlüyünü qoruyub. Qolsuz başa çatan matç ingilisləri növbəti mərhələyə çıxarıb.

Digər matçda isə PSJ "Real"ın qonağı olub. Bu komandalar arasında ilk qarşılaşmada Paris klubu 1:0 hesabı ilə qalib gəlib. "Real" Benzemanın het-triki sayəsində 1/4 finala yüksəlib.

9 mart

00:00. "Mançester Siti" - "Sportinq" - 0:0

İlk oyun - 5:0

00:00. "Real" - PSJ - 3:1

Qol: Benzema, 61, 76, 78 - Mbappe, 39

İlk oyun - 0:1

Çempionlar Liqası: “Mançester Siti” və “Real” 1/4 finalda