Çavuşoğlu xüsusi elçilərin növbəti görüşündən danışdı

Çavuşoğlu xüsusi elçilərin növbəti görüşündən danışdı

Çavuşoğlu xüsusi elçilərin növbəti görüşündən danışdı

"Növbəti görüşdə Ermənistan və Türkiyənin xüsusi nümayəndələri qarşılıqlı etimadın artırılması istiqamətində addımları müzakirə edəcəklər".

Polemika.az TRT-yə istinadla xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

“İlk iclasda prosesin başlanmasının məqsəd və vəzifələri müzakirə olunub. Əsas məqsəd tam normallaşmadır. Ermənilər də bundan çox sevinirlər. Bununla belə, növbəti görüşdə uçuşların başlanması və xüsusi nümayəndələrin təyin edilməsi ilə yanaşı, münasibətlərin tam normallaşdırılması məsələsi də işləniləcək və qarşılıqlı etimadın artırılması istiqamətində atılacaq addımlar müzakirə olunacaq”, - deyə Çavuşoğlu qeyd edib.

Çavuşoğlu xüsusi elçilərin növbəti görüşündən danışdı