“Bu, sanksiya deyil, Rusiyanın dünyanın siyasi xəritəsindən silinməsidir” – İsa Qəmbər

“Bu, sanksiya deyil, Rusiyanın dünyanın siyasi xəritəsindən silinməsidir” – İsa Qəmbər

“Bu, sanksiya deyil, Rusiyanın dünyanın siyasi xəritəsindən silinməsidir” – İsa Qəmbər

“Mən düşünürdüm ki, Putin belə bir axmaqlıq etməyəcək, öz ayağına sıxmayacaq. Qərbin də məntiqi bu idi ki, müharibə başlanmamış total sanksiyalar tətbiq etmək Rusiyanı müharibəyə cəlb etmək kimi görünə bilərdi”.

“Polemika.az” xəbər verir ki, bunu Prime TV-nin canlı efirində Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər deyib. O, qeyd edib ki, Rusiya hakimiyyəti son günə qədər deyirdilər ki Ukraynaya hücum olmayacaq:

“Hətta müharibənin ilk 2-3 günündə də sanksiyalar olmadı, ancaq bu barədə söhbətlər oldu. Ona görə ki, dünya müşahidə etmək istəyirdi ki, ukrayna xalqı özünü nə cür aparacaq. Açıq danışaq özünü müdafiə etməyə qadir olmayan xalqı heç kim müdafiə etməz. 

Dünya gördü ki, ukrayna xalqı fədakarcasına döyüşür. Bundan sonra sanksiyalar sürətlənməyə başladı və total xarakter aldı. Dünya tarixində belə böyük sanksiya atəşi heç bir dövlətə qarşı olmayıb. 

Əvvəla iqtisadi sanksiyalar hərtərəflidir, ikincisi bu dəfə artıq rusların da özünün etiraf etdiyi kimi bu sanksiyalar təkcə iqtisadi xarakter daşımır, bütünlüklə Rusiya cəmiyyətinə qarşı tətbiq olunur. 

Deyirlər ki, “ey xalq, ey Rusiya cəmiyyəti sən hakimiyətinə görə məsuliyyət daşıyırsan. Bu cinayətlərə etirazını bildirməsən sən də cəzasını çəkəcəksən”. 

Və total sanksiyalar başladı. İdman, mədəniyyət sahəsində, xaricdə işləyən ruslarla bağlı qərarlar var, eyni zamanda Rusiyada olan xarici vətəndaşlar ölkədən çıxmağa başladılar. Əslinə qalsa mən bunu sanksiya adlandırmazdım, Rusiyanın dünyanın siyasi xəritəsindən silinməsi kimi bir hadisə başlayıb. Rusiya, Putin bu cinayətlərə davam edəcəksə, o sanksiyalar da getdikcə güclənəcək”. 

 

“Bu, sanksiya deyil, Rusiyanın dünyanın siyasi xəritəsindən silinməsidir” – İsa Qəmbər