Bu küçələrə şəhidlərin adları verildi

Bu küçələrə şəhidlərin adları verildi

Bu küçələrə şəhidlərin adları verildi

Torpaqlarımızın bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş vətən oğllarının adlarının əbədiləşdirilməsi məqsədilə Göyçayda keçirilən tədbirlər çərçivəsində noyabrın 5-də - Zəfər Günü ərəfəsində rayon mərkəzindəki dörd küçəyə qəhrəmanlarımızın adları verilib.

“Polemika.az” xəbər verir ki, bu münasibətilə keçirilən tədbirdə şəhidlərin yaxınları göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.

Göyçayın dörd küçəsi artıq bu gündən etibarən şəhidlik zirvəsinə ucalan Elşən Nuruzadənin, Əli Eyvazovun, Vasif Məmmədovun və Orxan Kərimlinin adlarını daşıyır.

 

Bu küçələrə şəhidlərin adları verildi