“Bu, İrəvana sərt mesaj, Bakıya sevgidir” - Ovannisyan

“Bu, İrəvana sərt mesaj, Bakıya sevgidir” - Ovannisyan

“Bu, İrəvana sərt mesaj, Bakıya sevgidir” - Ovannisyan

Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayevin Azərbaycan və onun Aİİ-yə daxil olması ilə bağlı dedikləri Ermənistana sərt mesaj kimi başa düşülməlidir.

Polemika.az xəbər verir ki, bu fikirləri erməni siyasi müşahidəçi Samvel Ovannisyan deyib.

“Aİİ mesaj verir ki, Azərbaycan onlara mental olaraq Ermənistandan daha yaxındır. Ümumiyyətlə, Nazarbayevin Azərbaycana sevgisindən xəbərimiz var. Nazarbayev 2014-cü ildən KTMT və Aİİ-də keçirilən bütün iclaslarda Bakının hüquqşünası olub. Azərbaycan özü Aİİ sıralarına qoşulmaq istəməsə belə, yəqin ki, Rusiya və Qazaxıstan Bakıya Azərbaycanın orada arzulandığını və bunun üçün Ermənistandan qurtulmağa hazır olduğunu başa salmağa razılaşıblar”, - deyə erməni ekspert qeyd edir./Axar.az

“Bu, İrəvana sərt mesaj, Bakıya sevgidir” - Ovannisyan