Bu gün Gürcüstan parlamentinə yeni sədr seçiləcək

Bu gün Gürcüstan parlamentinə yeni sədr seçiləcək

Bu gün Gürcüstan parlamentinə yeni sədr seçiləcək

Gürcüstan parlamentinin bu gün keçiriləcək növbədənkənar iclasında yeni spiker seçiləcək.

Polemika.az xəbər verir ki, hakim Gürcü Arzusu Partiyasının fraksiyası sədr postuna Şalva Papuaşvilinin namizədliyini irəli sürüb.

Qeyd edək ki, spikerin seçilməsi üçün 76 deputatın səsi tələb olunur.

Qanunverici orqanın keçmiş sədri Kaxa Kuçava dekabrın 24-də istefa verib. Ş.Papuaşvili X çağırış parlamentinin üçüncü spikeri olacaq. O, 2020-ci ilin oktyabrında deputat seçilib, bu ilin martından Təhsil və elm komitəsinin rəhbəridir. 

Bu gün Gürcüstan parlamentinə yeni sədr seçiləcək