Bu gün ali məktəb və kolleclərə ərizə qəbulu başa çatır

Bu gün ali məktəb və kolleclərə ərizə qəbulu başa çatır

Bu gün ali məktəb və kolleclərə ərizə qəbulu başa çatır

Bu gün ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı ərizələrin qəbulu başa çatır. 

Dövlət İmtahan Mərkəzindən Polemika.az-a verilən məlumata görə, indiyə qədər 90 810 abituriyent öz ərizəsini təsdiq edib.

Ərizə qəbulunda həm cari, həm də əvvəlki illərin məzunları iştirak edirlər.

Abituriyentlərin əksəriyyəti ərizələrini özləri təsdiq edə bilirlər. Ərizəsini Sənəd Qəbulu Komissiyasında təsdiq etdirməli olan abituriyentlər tələb olunan sənədləri 17:00-dək təsdiq etdirməlidirlər.

Nəzrin Vahid 

Bu gün ali məktəb və kolleclərə ərizə qəbulu başa çatır