Bu dəqiqələrdə Muradov Bakıdan İrəvana beş erməni hərbçisi aparır - Foto

Bu dəqiqələrdə Muradov Bakıdan İrəvana beş erməni hərbçisi aparır - Foto

Bu dəqiqələrdə Muradov Bakıdan İrəvana beş erməni hərbçisi aparır - Foto

Bu dəqiqələrdə İrəvana uçan təyyarə Bakıdan havaya qalxıb.

“Caliber”in “Telegram” səhifəsinin məlumatına görə, General Rüstəm Muradov Ermənistana heç də əliboş qayıtmır.

O, Azərbaycanın güc strukturları tərəfindən saxlanılan beş erməni hərbçini ölkələrinə aparır.

Məlumata görə, söhbət Azərbaycan ordusu və əhalisinə qarşı ağır cinayətlərdə əli olmayan sıravi erməni əsgərlərindən gedir. Onlardan bəziləri 27 may 2021-ci ildə Azərbaycan ərazisinə daxil olmağa cəhd edərkən Kəlbəcərədə saxlanılan diversiya qrupunun üzvləridir.

Onların belə tezliklə buraxılması, heç şübhəsiz ki, Azərbaycan tərəfinin növbəti humanist addımıdır. Hərçənd, onlara daha ağır cəza verilə bilərdi.

Ümumilikdə isə hadisəyə Azərbaycan və Ermənistan arasında cərəyan edən siyasi proseslərin tərkib hissəsi kimi yanaşmaq daha düzgün olardı.

Bu dəqiqələrdə Muradov Bakıdan İrəvana beş erməni hərbçisi aparır - Foto