"Braziliya Azərbaycan və Ermənistanın sülh içində yaşamasını arzu edir" - Senator

"Braziliya Azərbaycan və Ermənistanın sülh içində yaşamasını arzu edir"

"Braziliya Azərbaycan və Ermənistanın sülh içində yaşamasını arzu edir" - Senator

"Braziliya Azərbaycan və Ermənistanın sülh içində yaşamasını arzu edir".

Polemika.az xəbər verir ki, bunu Gəncədə səfərdə olan Braziliya Milli Konqresinin Senatının Braziliya-Azərbaycan parlamentlərarası əməkdaşlıq üzrə dostluq qrupunun rəhbəri Antonio Anastasiya bildirib.

"BMT-nin qərarlarına uyğun olaraq heç bir müharibə mülki şəxslərin ölümünə səbəb olmamalıdır. Biz Azərbaycan xalqı ilə həmrəylik nümayiş etdirir, xalqları sülhə çağırırıq", - braziliyalı deputat bildirib.

Qeyd edək ki, Braziliya Milli Konqresinin Senatının Braziliya-Azərbaycan parlamentlərarası əməkdaşlıq üzrə dostluq qrupunun rəhbəri Antonio Anastasiya Gəncə şəhərində səfərdədir. Senator Vətən müharibəsi zamanı Ermənistan Silahlı Qüvvələri tərəfindən Gəncədə törədilən terror hadisələrinin baş verdiyi ərazilərə baş çəkib. 

"Braziliya Azərbaycan və Ermənistanın sülh içində yaşamasını arzu edir" - Senator