“Böyük Zəfər” məhəllələrarası yarışlarının rayon turu başa çatdı

“Böyük Zəfər” məhəllələrarası yarışlarının rayon turu başa çatdı

“Böyük Zəfər” məhəllələrarası yarışlarının rayon turu başa çatdı

Böyüməkdə olan gənc nəslə Vətən müharibəsindəki Şanlı Qələbənin təbliği, doğma vətənə sevgi və məhəbbət hisslərinin aşılanması,   onların idmanla məşğul olmağa cəlb edilməsi məqsədi daşıyan Bakı Şəhər İcra Hakimiyyəti və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinın birgə təşkilatçılığı ilə keçirilən yeniyetmələr arasında “Böyük Zəfər” məhəllələrarası mini futbol turnirinin Suraxanı rayon turuna yekun vurulub. 

“Polemika.az” xəbər verir ki, rayondakı abad məhəllələrdə keçirilən yarışda “Fatehler”, “Qələbə”, “Laçın”, “Dəmir yumruq”, “Ağdam”, “Şuşa”, “Zəfər” və “Fizuli” adı daşıyan 8 komanda iştirak edib. Ilkin görüşlərdən sonra final mərhələsinə 4 komada vəsiqə qazanıb. Finalda “Dəmir Yumruq” komandası “Zəfər” komandasına qalib gələrək 1-ci yerə layiq görülüb. 3-cü yerə “Laçın” komandası layiq görülüb. Beləliklə, yarışların Bakı şəhər turunda Suraxanı rayonunu “Dəmir yumruq” komandası təmsil edəcək.

Rayon turunun qalibləri Fəxri Fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıb.

“Böyük Zəfər” məhəllələrarası yarışlarının rayon turu başa çatdı