Boğazağrısı, qızdırma, tərləmə... Bu "Omikron"dur"? - "Ola bilsin ki..."

Boğazağrısı, qızdırma, tərləmə... Bu "Omikron"dur"?

Boğazağrısı, qızdırma, tərləmə... Bu "Omikron"dur"? - "Ola bilsin ki..."

Son günlər insanlar arasında qripəoxşar xəstələnmə çox geniş yayılıb.

Xəstəliyin əlamətləri qızdırma, burunaxıntısı, tərləmə və boğazağrısıdır. Təkcə böyüklər deyil, uşaqlar arasında da bu geniş yayılıb.

Koronavirusdan fərqli olaraq, azarlama təxminən 3-4 gün davam edir.

Bu COVID-19-un yeni ştammıdır?

Radioloq-həkim Aydın Əliyev mövzu ilə bağlı Polemika.az-a danışıb:

“Hazırda müşahidə olunan xəstəlik koronavirusdan əlavə, xüsusən, uşaqlar arasında yayılan infeksiya ola bilər. Hələ ki dəqiq bir məlumat yoxdur. Rəsmi qurumlar tərəfindən laborator müayinələrlə təsdiq olunmalıdır ki, koronavirusun yeni növüdür, yoxsa bakteriya.

İnsanlar Covid analizi verirlər, nəticə mənfi çıxır. Lakin qızdırma, öskürək, burunaxma və boğazağrısından əziyyət çəkirlər, pnevmaniya verir. Ola bilər ki, mövsümi xəstəlikdir və kəskin şəkildə yayılıb”.   

Mehri QURBAN

Boğazağrısı, qızdırma, tərləmə... Bu "Omikron"dur"? - "Ola bilsin ki..."