"Biz süqut etsək, siz də süqut edəcəksiniz" - Avropaya mesaj - Video

"Biz süqut etsək, siz də süqut edəcəksiniz" - Avropaya mesaj - Video

"Biz süqut etsək, siz də süqut edəcəksiniz" - Avropaya mesaj - Video

Ukrayna fəalları dünyanın, xüsusən, Avropanın diqqətini müharibə gedən ölkəyə daha çox cəlb etmək üçün sosial şəbəkələrdə fəal aksiyalar keçirirlər.  

Polemika.az xəbər verir ki, onların hazırladığı bir montaj videoda Ukrayna şəhərlərindən sonra Qərb paytaxtlarının bombalanması göstərilir.

“Bizdən sonra siz də süqut edəcəksiniz”, - deyə videonun mesajında deyilir. 

Qurama videoda Fransanın simvolu Eyfel qülləsi və məşhur “Garnier” Opera Evinin bombalandığı görünür. Sosial mediada yayımlanan görüntülərin sonunda Ukrayna prezidenti Volodimir Zelenskinin mesajı belə olub:

"Təsəvvür edin, bu, başqa bir Avropa paytaxtında baş verir. Biz sona qədər mübarizə aparacağıq. Bizə yaşamaq şansı verin. Ya Ukrayna hava məkanını bağlayın, ya da bizə savaşmaq üçün təyyarə verin. Biz süqut etsək, siz də süqut edəcəksiniz".

 Həmin görüntüləri təqdim edirik:

"Biz süqut etsək, siz də süqut edəcəksiniz" - Avropaya mesaj - Video