“Belə olsa, balalarımız da bədbəxt olmaz” – Kamil Zeynallı onlara ömürlük həbs istəyir 

“Belə olsa, balalarımız da bədbəxt olmaz” – Kamil Zeynallı onlara ömürlük həbs istəyir 

“Belə olsa, balalarımız da bədbəxt olmaz” – Kamil Zeynallı onlara ömürlük həbs istəyir 

Yevlaxda baş verən azyaşlı qızın zorlanma xəbəri ilə bağlı həm sosial şəbəkələrdə, həm də peşəkar mediada, ayrı-ayrı platformalarda müzakirələr gedir. Ümumiyyətlə, son vaxtlar ölkəmizdə zorlama xəbərlərinin sayı artıb.

Mövzu ilə bağlı Polemika.az-a danışan tanınmış fitness məşqçisi Kamil Zeynallı bu tip hadisələrin azalması üçün qanunda dəyişiklik edilməli, cəzaların sərtləşdirilməli olduğunu qeyd edib:

“Necə ki, İranda sərt qaydalar var, bizdə də elə olmalıdır. Orada oğurluq edəndə həmin şəxsin əllərini kəsirlər, narkotik satan və başqa cinayətkarlar üçün sərt qanunlar tətbiq edilir. 

Bunu etmək lazımdır ki, insanlara dərs olsun. Ona görə də İranda bu cür cinayətlər azdır, demirəm ki, heç yoxdur. Bizdə də sərt cəzalar tətbiq edilməlidir, uşaqlara təcavüz edənlərə ömürlük həbs cəzası verilməlidir ki, onlar qorxsunlar və bu başqalarına da dərs olsun. 

Bu insanların beyninə qorxu kimi girəcək, nə vaxtsa belə bir şey fikirləşsələr, ömürlük həbs cəzası gözlərinin önünə gələcək və istər-istməz qırağa çəkiləcək. Belə olsa balalarımız da bədbəxt olmaz. Ona görə qanunda mütləq dəyişikliklər olmalıdır. O da biz deməklə deyil, amma olmalıdır”.

İdmançı bu cür hadisələrin artmasında sosial şəbəkələri günahkar bilənlərlə razılaşmadığını bildirib:

“Bəziləri bu tip halların artmasında sosial şəbəkələri günahkar bilir, yox, bu qətiyyən belə deyil. Hadisələr indi baş vermir ki, min illər boyu belə şeylər olub. Necə ki, gerilik min illər əvvəldən gəlir,  bu hadisələr də eynən. İnsan dünyaya gəlib yaşayandan belə hadisələr olub. Bunun internetə, sosial şəbəkələrə aidiyyatı yoxdur”.

Əsmətxanım

“Belə olsa, balalarımız da bədbəxt olmaz” – Kamil Zeynallı onlara ömürlük həbs istəyir