Başqasının meyiti ilə həbsdən yayınmağ çalışdı

Başqasının meyiti ilə həbsdən yayınmağ çalışdı

Başqasının meyiti ilə həbsdən yayınmağ çalışdı

Hindistan polisi həbsxanaya qayıtmamaq üçün ölümünü saxtalaşdırmağa çalışan cinayətkarı ifşa edib.

Polemika.az BBC istinadla xəbər verir ki, Uttar-Pradeş ştatında 36 yaşlı Sudeş Kumar bir kişini öldürüb və arvadının köməyi ilə cəsədi özü kimi qələmə verməyə çalışıb. Lakin qurbanın cəsədinin velosipedlə aparılması anı videokameraya düşüb və plan baş tutmayıb.

Kumar 2018-ci ildə 13 yaşlı qızını öldürdüyünə görə həbs olunub. Covid-19 pandemiyası zamanı o, şərti azadlığa çıxıb.

Hindistanın bəzi ştatları koronavirusa görə həddindən artıq sıxlığın qarşısını almaq üçün bəzi məhbusları şərti azad ediblər.

Lakin Kumar əmin imiş ki, hakimiyyət onu yenidən həbs etmək niyyətindədir, buna görə də, xüsusi plan hazırlayıb.

O, fiziki cəhətdən özünə oxşayan və evində təmir işləri aparan Domen Ravidasın qətlini həbs olunduqdan sonra etiraf edib. Ravidasın meyiti boş ərazidə tapılıb. Onun qalıqları tanınmaz dərəcədə olub, lakin Kumarın şəxsiyyət vəsiqəsi cibində imiş. Kumarın arvadı Anupama cəsədin əri olduğunu deyib.

Lakin Kumarın ölümünü saxtalaşdırdığı müəyyən edildikdən sonra polis Kumar və arvadını həbs edib.

Başqasının meyiti ilə həbsdən yayınmağ çalışdı