Baş nazirin müavini Baydenə yalvardı: "Sizdən xahiş edirəm, kömək edin"

Baş nazirin müavini Baydenə yalvardı: "Sizdən xahiş edirəm, kömək edin"

Baş nazirin müavini Baydenə yalvardı: "Sizdən xahiş edirəm, kömək edin"

Ukraynada vəziyyət getdikcə daha kritik hal almağa başlayıb. Rusiya ordusunun hərbi əməliyyatların coğrafiyasını genişləndirməsi ölkəni böyük bir fəlakətlə üz-üzə qoyub. Artqı Ukrayna rəsmiləri də vəziyyətin mürəkkəb olduğunu etiraf edir, Qərb dövlətlərini təxirəsalınmaz addımlar atmağa çağırırlar. 

Ukrayna Baş nazirinin müavini, müvəqqəti işğal olunmuş ərazilərin bərpası məsələləri üzrə rəhbəri İrina Vereşçuk dünya liderlərinə müraciət edib.

Polemika.az xəbər verir ki, o, ölkədə humanitar dəhlizlərin açılması üçün kömək istəyib: “Liderlərə müraciət edirəm: Emmanuel Makron, Boris Conson, Cozef Bayden... Xahiş edirəm, yüz minlərlə insanın, o cümlədən xarici vətəndaşların həyatını xilas edəcək real effektiv humanitar dəhlizlərin açılmasına kömək edin". 

Baş nazirin müavini Baydenə yalvardı: "Sizdən xahiş edirəm, kömək edin"