Balakən və İsmayıllıda polis reyd keçirdi - Fotolar

Balakən və İsmayıllıda polis reyd keçirdi - Fotolar

Balakən və İsmayıllıda polis reyd keçirdi - Fotolar

Balakən və İsmayıllı Rayon Polis Şöbələrinin Dövlət Yol Polisi Bölmələrinin əməkdaşları tərəfindən dayanma-durma, parklanma qaydalarını pozan, ikinci cərgədə nəqliyyat vasitələrini saxlayan sürücülərin aşkarlanması istiqamətində reydlər keçirilib.

Polemika.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.

Bildirilib ki, keçirilən tədbirlər zamanı həmin qayda pozuntularına yol verən sürücülər polis əməkdaşları tərəfindən müəyyən olunub. Onlarla maarifləndirici söhbət aparılıb və bu kimi halların digər hərəkət iştirakçılarının da haqlı narazılığına səbəb olduğu diqqətə çatdırılıb. Həmin nəqliyyat vasitələrini idarə edən şəxslər barəsində cərimə protokolları tərtib olunub.

Balakən və İsmayıllıda polis reyd keçirdi - Fotolar