Bakıda xəstəxanadan oğurluq etdilər

Bakıda xəstəxanadan oğurluq etdilər

Bakıda xəstəxanadan oğurluq etdilər

Bakıda xəstəxanada oğurluq faktı qeydə alınıb.

Polemika.az-ın məlumatına görə, hadisə noyabrın 21-də saat 14:00 radələrində Mirqasımov küçəsi 2-də yerləşən 2 saylı Uşaq Klinik Xəstəxanasında baş verib.

Orada müalicə olunan Lerik rayon sakini 21 yaşlı Gülüstan Hüseynlinin 400 manat dəyərində mobil telefonu palatadan oğurlanıb.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsində araşdırma aparılır.

Bakıda xəstəxanadan oğurluq etdilər