Bakıda və Abşeronda ilk iş günlərinə gözlənilən hava proqnozu açıqlandı

Bakıda və Abşeronda ilk iş günlərinə gözlənilən hava proqnozu açıqlandı

Bakıda və Abşeronda ilk iş günlərinə gözlənilən hava proqnozu açıqlandı

Yanvarın 5-6-da Bakıda və Abşeron yarımadasında gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Polemika.az-a verilən məlumata görə, yanvarın 5-də Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 3-5° isti, gündüz 8-11° isti olacaq.

Yanvarın 6-da dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 3-6° isti, gündüz 8-11° isti olacaq.

Bakıda və Abşeronda ilk iş günlərinə gözlənilən hava proqnozu açıqlandı