Bakıda telefon oğrusu tutuldu

Bakıda telefon oğrusu tutuldu

Bakıda telefon oğrusu tutuldu

Metroplitendə Polis Şöbəsinə noyabrın 24-də “Gənclik” stansiyasında Bakı şəhər sakini Ş.Rəcəbovanın mobil telefonunun oğurlanması barədə məlumat daxil olub. 

Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) Polemika.az-a verilən məlumatda bildirilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən paytaxt sakini A.Xəlilov müəyyən edilərək saxlanılıb.

Rəsmi məlumata görə, araşdırma aparılır.

Bakıda telefon oğrusu tutuldu