Bakıda qısqanc ər 27 yaşlı xanımını öldürdü
Bakıda qısqanc ər 27 yaşlı xanımını öldürdü
Martın 13-də Xəzər rayonu Binə qəsəbəsi ərazisində 1995-ci il təvəllüdlü Ülviyyə Həsənovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Xəzər Rayon Prokurorluğundan Polemika.az-a verilən məlumata görə, aparılmış ilkin araşdırmalarla zərərçəkmişin əri 1987-ci il təvəllüdlü Saməddin Həsənovun qısqanclıq zəminində aralarında yaranmış münaqişə zamanı Ülviyyə Həsənovaya çoxsaylı bıçaq xəsarətləri yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyənləşib.
Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Samməddin Həsənov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Rəsmi məlumata görə, hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.