Bakıda ölən kişinin həyat yoldaşı saxlanıldı

Bakıda ölən kişinin həyat yoldaşı saxlanıldı

Bakıda ölən kişinin həyat yoldaşı saxlanıldı

Hövsan qəsəbəsində 1990-cı il təvəllüdlü Elşən Hadızadənin qətli ilə bağlı onun həyat yoldaşı saxlanılıb.

Bu barədə Polemika.az-a Suraxanı rayon prokurorluğundan məlumat verilib.

Hadisə ilə bağlı aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində E.Hadızadənin həyat yoldaşı, 1991-ci il təvəllüdlü Gülnar Vəlizadə tərəfindən qətlə yetirilməsinə əsaslı şübhələr yaranıb. 

G.Vəlizadə şübhəli şəxs qismində saxlanılıb.

Fakta görə, Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsilə cinayət işi başlanıb.

Bakıda ölən kişinin həyat yoldaşı saxlanıldı