Bakıda nazirliyin binasında tüstülənmə oldu - Açıqlama
Bakıda nazirliyin binasında tüstülənmə oldu - Açıqlama
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin binasının dam örtüyündə tüstülənmə baş verib.
Polemika.az xəbər verir ki, Nazirlikdən verilən məlumata görə, buna səbəb olaraq elektrik naqillərindəki qısaqapanma ehtimal edilir.
"Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları tərəfindən qısa müddət ərzində tüstülənmənin qarşısı alınıb", - məlumatda qeyd olunub.