Bakıda külək gün ərzində daha da güclənəcək - Faktiki hava

Bakıda külək gün ərzində daha da güclənəcək

Bakıda külək gün ərzində daha da güclənəcək - Faktiki hava

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin yanvarın 8-nə olan məlumatına əsasən, səhər saatlarından başlayaraq Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi arabir 20 m/s-dək güclənib, Altıağacda 23 m/s qeydə alınıb.

ETSN-in Milli Hidrometeorologiya Xidməti Hidrometeoroloji Proqnozlar Bürosundan Polemika.az-a verilən məlumata görə, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.6 metrdir.

Gün ərzində küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında arabir 23-28 m/s, yarımadanın bəzi yerlərində arabir 30 m/s-dək güclənəcəyi, gecəyə doğru isə tədricən 18-20 m/s olacaq.

Küləkli hava şəraiti ilə əlaqədar əhalinin ehtiyatlı olması tövsiyə olunur.

Bakıda külək gün ərzində daha da güclənəcək - Faktiki hava