Bakıda istiliyin verilməsi tezləşdirildi

Bakıda istiliyin verilməsi tezləşdirildi

Bakıda istiliyin verilməsi tezləşdirildi

Havaların soyuması ilə əlaqədar Azərbaycanda mənzillərə istiliyin verilməsinə vaxtından tez başlanıb. 

Polemika.az xəbər verir ki, bununla bağlı “Azəristiliktəchizat” ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev məlumat verib.

Onun sözlərinə görə, bu gündən  müraciətlər əsasında qazanxanaların açılmasına başlanılıb:

“Kim müraciət edir və ödənişə təminat verirsə, onların qazanxanalarını işə salırıq”.

Rafiq Əliyev bildirib ki, dağ və dağ ətəyi rayonlarda noyabrın 1-dən istiliyin verilməsinə başlanıb./Bizim.media

Bakıda istiliyin verilməsi tezləşdirildi