Bakı metrosunda sərnişin qatar yoluna düşdü - AÇIQLAMA

Bakı metrosunda sərnişin qatar yoluna düşdü

Bakı metrosunda sərnişin qatar yoluna düşdü - AÇIQLAMA

Bu gün metroda xanım sərnişin stansiya yoluna düşüb.

Polemika.az xəbər verir ki, hadisə bu gün saat 21:54-də olub.

Belə ki, metronun “Dərnəgül” – “Həzi Aslanov” marşurut xətti üzrə hərəkət edən qatar “Azadlıq prospekti” stansiyasına daxil olan zaman xanım sərnişin stansiya yoluna yıxılıb.

Bakı Metropoliteni QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov Oxu Az-a açıqlamasında faktı təsdiq edib.

O bildirib ki, xəsarət olsa da, xanım sağdır:

“Hadisə baş verən kimi dərhal tədbir görülüb. Təlimata uyğun, dərhal gərginlik çıxarılıb. TTY çağrılıb. Qadın stansiya yolundan çıxarılıb. 10 dəqiqə sonra gərginlik verilib, qatar yola salınıb. Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil. Araşdırma aparılır”.

Bakı metrosunda sərnişin qatar yoluna düşdü - AÇIQLAMA