Bakı metrosunda qatarların hərəkəti dayandırıldı: Bomba iddiasına RƏSMİ CAVAB
Bakı metrosunda qatarların hərəkəti dayandırıldı: Bomba iddiasına RƏSMİ CAVAB
Bakı metrosunun “28 May” stansiyasında problem yaşanıb.
Polemika.az xəbər verir ki, qatarların hərəkətində ləngimələr baş verib.
“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Oxu.Az-a açıqlamasında bildirib ki, ilkin məlumata görə, “28 May” stansiyasının girişində tüstülənmə olub:
“Stansiyanın giriş sahəsində tüstülənmə ehtimalı ilə yüksək gərginlik çıxarılıb. Bu səbəbdən metronun “Həzi Aslanov” – “28 May” istiqamətində hərəkət edən qatarlarda müəyyən ləngimələr baş verib”.
O qeyd edib ki, metroya bomba qoyulması ilə bağlı yayılan iddialar əsassızdır.