Bakı metrosunda cibgirlik edən şəxs tutuldu

Bakı metrosunda cibgirlik edən şəxs tutuldu

Bakı metrosunda cibgirlik edən şəxs tutuldu

Bakı metrosunda cibgir saxlanılıb. 

Bu barədə "Yeni Sabah"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.

Belə ki, Metropolitendə Polis Şöbəsinə dekabrın 13-də metronun “Elmlər Akademiyası” stansiyasında qatarda Bakı şəhər sakini G.İsrafilovanın cibindən mobil telefonunun oğurlanması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş İ.Əliyev müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.

Bakı metrosunda cibgirlik edən şəxs tutuldu