"Bahalaşma hamı kimi məni də narahat edir" - Brilliant Dadaşova

"Bahalaşma hamı kimi məni də narahat edir"

"Bahalaşma hamı kimi məni də narahat edir" - Brilliant Dadaşova

Son günlər sosial şəbəkələrdə ayrı-ayrı ticarət obyektlərində malların qiymətindəki fərqlilik müzakirə edilir. Bəzi vətəndaşlar qiymətlərin süni şəkildə artırıldığını iddia edir. 

Süni qiymət artımı vətəndaşlar tərəfindən birmənalı qarşılanmayıb və sosial şəbəkələrdə geniş müzakirə mövzusuna çevrilib.

Bəs bahalaşmaya səbəb nədir? Azərbaycanlı məşhurlar qiymət artımından xəbərdardırmı?

Mövzu ilə bağlı Polemika.az-a danışan Xalq artisti Brilliant Dadaşova marketlərdə qiymət artımını müşahidə etdiyini bildirib:

“Əlbəttə, mən də hər kəs kimi qiymət artımından narahatam. Vaxtım olanda evim üçün bazarlığa özüm gedirəm. Hipermarketlərə vaxtaşırı gedirəm, bazarlıq etməkdən xoşum gəlir. Bayramlarda marketlərə baxıram, ailəmə hədiyyələr alıram, qiymətlərlə maraqlanıram. Hamı kimi mən də qiymətlərdən xəbərdaram. Qiymət artımı təbii ki, yaxşı deyil, amma bu böyük ehtimalla, iqtisadiyyatla əlaqəlidir. Əlbəttə ki, hamımız üçün çətindir. İqtisadi cəhətdən bizim bilmədiyimiz şeylər var və iqtisadçılar bunu daha yaxşı bilir". 

"Bahalaşma hamı kimi məni də narahat edir" - Brilliant Dadaşova