Bağçada döyülən uşağın atası: “Ərkyana vurmaq istəyib, bərk alınıb” - Video

Bağçada döyülən uşağın atası:

Bağçada döyülən uşağın atası: “Ərkyana vurmaq istəyib, bərk alınıb” - Video

İsmayıllı rayon 1 saylı körpələr evi-uşaq bağçasında tərbiyəçi tərəfindən şiddətə məruz qalan uşağın atası Rəşid Baxşəliyev danışıb.

Polemika.az xəbər verir ki, Rəşid Baxşəliyev tərbiyəçinin qohumu olduğunu və uşağı ərkyana vurmaq istədiyini deyib.

“Ola bilsin ki, o, ərkyana vurmaq istəyib, amma bərk alınıb. Amma nəticədə övladıma şiddət göstərib. Şikayətim yoxdur”, - deyə o əlavə edib.

Qeyd edək ki, Təhsil Nazirliyi İsmayıllı şəhəri 1 saylı körpələr evi-uşaq bağçasında uşağın başına vuran Zülfiyyə Baxışovanı işdən çıxarıb.

Bağçada döyülən uşağın atası: “Ərkyana vurmaq istəyib, bərk alınıb” - Video