Azərbaycanlı futbolçu Ukraynada 90 dəqiqə oynadı - 2 qol vurdu

Azərbaycanlı futbolçu Ukraynada 90 dəqiqə oynadı

Azərbaycanlı futbolçu Ukraynada 90 dəqiqə oynadı - 2 qol vurdu

Ukraynanın "Aleksandriya" klubunda çıxış edən azərbaycanlı futbolçu Emil Mustafayev komandada qol hesabını açıb.

Polemika.az xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçi Ukrayna kubokunun 1/8 finalında ötən gün "Metallist 1925"lə keçirilən görüşdə dubl edib. O, 5:2 hesabı ilə qalib gəldikləri oyunun 24 və 29-cu dəqiqələrinddə  rəqib qapısına yol tapıb. Gənc oyunçu 90 dəqiqə meydanda olub.

Qeyd edək ki, 2018-ci ildən "Aleksandriya"da çıxış edən Emil Mustafayev əsas komandada 3 oyuna çıxıb. 

Azərbaycanlı futbolçu Ukraynada 90 dəqiqə oynadı - 2 qol vurdu